IdmanTəqdimatVoleybol

“BonAqua” voleybolçu qızlarımıza uğurlar arzulayır

Bakı artıq bir neçə gündür ki, Avropanın nüfuzlu idman hadisələrindən olan voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi edir. Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin rəsmi tərəfdaşlarından biri də “Coca-Cola” şirkətinin “BonAqua”su brendidir

“Beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal etdiyimiz “BonAqua” su məhsullarımızla “Avro-2017” voleybol çempionatına dəstək olmağımız bizim üçün böyük şərəfdir.“Coca-Cola” şirkəti uzun illərdir ki, Azərbaycanda bir çox beynəlxalq səviyyəli idman yarışlarına öz məhsulları ilə dəstək olur. “Avropa Oyunları 2015”,“İslam Oyunları 2017”, “Tour d’Azerbaijan”, Bakı marafonukimi bir çox mötəbər idman yarışlarının su ehtiyacları “BonAqua” suları ilə təmin edilib.  Fürsətdən istifadə edərək voleybol üzrə qadınlardan ibarət millimizə uğurlar arzu edirik“, – deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

Qeyd edək ki, “Avro-2017”nin “A” və “C” qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, “B” qrupu – Tbilisidə Yeni İdman Sarayında, “D” qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçirilib. Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – “A” qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, “B” qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, “C” qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, “D” qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparıb.

Qeyd edək ki, “BonAqua” suları “Coca-Cola” şirkətinin Azərbaycanda istehsal etdiyi sərinləşdirici içki məhsullarından biridir. “BonAqua” 2016-ci ildə Brüsseldə yerləşən Avropa Beynəlxalq Keyfiyyət və Dad İnstitutu tərəfindən “Möhtəşəm dad” mükafatına layiq görülüb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!