CinemaEventsFestivallarMədəniyyətTəqdimat

Böyük Britaniya film festivalı bu il onlayn formatda keçirilir

“British Council” (Britaniya Şurası), Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə keçirilən ənənəvi Böyük Britaniya film festivalı bu il onlayn formatda reallaşır.

Nazirlikdən verilən məlumata görə, yanvarın 22-dən başlayan festival fevralın 22-dək “CoolConnections” incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçirilir.

“Biz ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Böyük Britaniya film festivalının 2021-ci il buraxılışında bütün cəmiyyətlərdə tam və bərabərhüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə diqqəti çəkir”, – deyə “British Council”in məlumatında bildirilir.

Qeyd olunur ki, festival filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər Azərbaycan dilində alt yazılarla və ingilis dilində nümayiş etdirilir.

Filmlərə müvafiq qeydiyyatdan keçməklə http://bit.ly/britishfilmfestival linkindən və ya festivalın daimi saytından – www.britishfilmfest.az keçid edərək baxmaq olar. Hər bir film izlənilməyə başlandığı andan 48 saat ərzində nümayişə açıq olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!