“Böyük Füzulimizin yadigarı mən özüməm”

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək.

Frame.az bildirir ki, gecədə Respuklikanın Xalq artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Musiqili gecedə xanəndələri Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə, Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşaiyət edəcək.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

 Əlaqə nömrələri: (012) 441-21- 31, (050) 332-36- 30

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: