Böyük Giza ehramından insanlara “Evdə qal” mesajı

Misirin Turizm və Hotellər Holdinqi yeni növ koronavirus qurbanları ilə həmrəylik əlaməti olaraq Böyük Giza ehramında – ehramların və sfinksin fonunda gecələr qırımızı rəngə bürünmüş “Evdə qal” mesajı olan işıqlandırma sistemi quraşdırıb.

Frame.az xəbər verir ki, Misirin Qədim Abidələr və Turizm Nazirliyi yerli sakinlərə və turistlərə səyahətlərini təxirə salmaq və evlərində qalmaqla bağlı çağırış edib. Nazir Xalid Anani qeyd edib ki, ehramların mesajı gələcək günlər naminə insanları öz sağlamlığını qorumağa səsləyir. Böyük Giza ehramının üzərində ingilis və ərəb dillərində yazılmış “Evdə qal”, “Özünü qoru” və “Bizim təhlükəsizliyimizi qoruyanlara eşq olsun” sözləri bir-birini əvəz edir.

Ehramların ən nəhəngi olan və dünyanın yeddi möcüzəsindən biri hesab edilən Böyük Misir ehramı, həmçinin Xufu ehramı adı ilə də tanınır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: