“Böyük yeddilik” pandemiyaların qarşısının alınması planını açıqlayacaq

Böyük Britaniyada (Cornuoll) keçiriləcək G7 zirvə görüşünün ikinci günündə yeddi ölkənin liderləri mövcud pandemiyaya oxşar pandemiyaların bir daha təkrarlanmaması üçün nə etmək niyyətində olduqlarını dünyaya elan edəcəklər. Bundan əvvəl G7 iştirakçıları kasıb ölkələrə yüz milyonlarla doza COVID-19 əleyhinə vaksin vəd ediblər.

BBC-yə istinadla xəbər veririk ki, şənbə günü G7 ölkələrinin liderləri bəzi konkret tədbirlər, xüsusən də yeni vaksinlərin hazırlanması və sertifikatlaşdırılması müddətinin kəskin azalması, pandemiyanın qarşısının alınması barədə bəyannamə imzalayacaqlar.

G7 qrupuna ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada və İtaliya daxildir. Avropa İttifaqının mərkəzi qurumlarının rəhbərləri də G7 zirvə görüşlərində iştirak edirlər.

Amerika Jons Hopkins Universitetinin xülasə məlumatlarına görə, dünyada artıq 175 milyon insan yeni koronavirus virusuna yoluxub, bunlardan 3,7 milyonu dünyasını dəyişib.

COVID-19 pandemiyasının səbəb olduğu gələcəkdə yeni itkilərin və bu qədər nəhəng maddi itkilərin qarşısını almaq üçün, yeddilik liderləri zirvə toplantısının şənbə günü keçiriləcək xüsusi iclasından sonra bəyannamədə sadalanacaq bir sıra konkret tədbirlər görməyə söz verəcəklər.

Bu tədbirlərə: yeni viruslara qarşı vaksinlərin, həmçinin diaqnostika və müalicə metodikalarının hazırlanması müddətinin 100 günə və ya daha az müddətə endirilməsi; dünya miqyasında virus izləmə şəbəkəsinin gücləndirilməsi və genomlarının deşifrəsi üzrə güclərin artırılması; Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) islahatının və möhkəmləndirilməsinin dəstəklənməsi daxildir.

“Keçən il dünyada koronavirus əleyhinə bir neçə effektiv vaksin hazırlanıb, lisenziyalaşdırılıb və istehsala buraxılıb. Lakin koronavirusa qəti şəkildə qalib gəlmək və bərpa olunmaq üçün biz bu kimi pandemiyaların qarşısını almağı öyrənməliyik. Yəni, son 18 ayın hadisələrindən nəticə çıxarmaq və növbəti dəfə başqa cür hərəkət etmək lazımdır”, – deyə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

G7-nin iclasında BMT-nin Baş katibi Antonio Quterreş və ÜST-nin rəhbəri Tedros Adan Qebreyesus iştirak edirlər.

Gələcək pandemiyalarla mübarizə aparmaqla yanaşı, “yeddilik” ölkələri və Avropa İttifaqı varlı olmayan ölkələrə hazırkı pandemiya ilə mübarizədə yardımı artıracağını vəd edirlər.

ABŞ prezidenti Co Bayden bu həftə Amerika Birləşmiş Ştatlarının aşağı və orta gəlirli 92 ölkəsinə, eləcə də Afrika İttifaqına 500 milyon Pfizer vaksin dozasını göndərəcəyini vəd edib. Boris Conson, Britaniyanın yoxsul ölkələrə 100 milyon vaksin dozasını verəcəyini elan edib.

Ümumilikdə, G7 ölkələri gələn ilin sonuna qədər zəngin olmayan ölkələrə bir milyard doza vaksin verməyi planlaşdırırlar, Avropa İttifaqı isə bundan başqa, pandemiya ilə mübarizənin aparılmasına onlara bir milyard avro ayırmaq qərarına gəlib.

ÜST-nin hesablamalarına görə, pandemiyanı dayandırmaq üçün planetin yetkin əhalisinin 70 faizinə peyvənd vurmaq lazımdır və bunun üçün 11 milyard dozaya ehtiyac var.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: