British Council Bakıda beşinci British Film Spring (Britaniya Film Baharı) kinofestivalına start verir

British Council-ın Azərbaycandakı filialı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Park Cinema ilə əməkdaşlıq çərçivəsində beşinci “Britaniya Film Baharı” kinofestivalının başlandığını məmnuniyyətlə elan edir. Festival çərçivəsində ən məşhur, düşünməyə vadar edən və tənqidi qiymətini almış yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətirmişik.

Britaniya Film Baharı festivalındakı filmlər 17-24 may tarixlərində Park Cinema tərəfindən Flame Towers binasında tamaşaçılara təqdim olunacaq və bununla da Azərbaycanda British Council-ın Müxtəliflik Həftəsi başa çatacaq. Biz

The Favourite (Favorit), Dark River (Bulanıq Sular), Obey (Boyun Əy), The Happy Prince (Xoşbəxt
Şahzadə), Disobedience (İtaətsizlik), On Chesil Beach (Çesil Sahilində), və Colette (Kolet) daxil olmaqla, müxtəlif
janrlarda çəkilmiş yeddi diqqətəlayiq və maraqlı filmləri nümayiş etdirəcəyik.

Britaniya Film Baharını 2019-cu ilin “Ən yaxşı film”inə görə Oskar mükafatına namizəd olan “The Favourite” filmi
açacaq. Filmində baş rolun ifaçısı 2019-cu ilin Oskar mükafatının qalibi olmuş Olivia Colman-dır. Bütün filmlər
Azərbaycan dilində subtitrlarla İngilis dilində nümayiş etdiriləcək. Biletlərin qiyməti hər film nümayişi üçün 2 AZNdir. Biletləri həm elektron şəkildə www.parkcinema.az səhifəsindən, həm də “Park Cinema”nın kassalarından əldə
etmək olar.

British Council Azərbaycandakı filialının direktoru Samr Şah qeyd edir: “2019-cu ildə Azərbaycanda keçiriləcək Britaniya Film Baharı, festivalın tarixində ən maraqlı və səbirsizliklə gözlənilən filmləri nümayiş etdirəcəkdir.
Festivalın əsas mövzusu müxtəlifliyin və fərqliliyin qeyd edilməsidir. Biz bu illik ənənəni Böyük Britaniyanın Bakıdakı
səfirliyi ilə birgə davam etdirməkdən, kinematoqrafiyanın bu nailiyyətlərini Azərbaycan tamaşaçıları ilə bölüşməkdən
və hər iki ölkənin insanlarını bir araya gətirməkdən məmnunuq”.

Böyük Britaniya Azərbaycanda səfirinin müavini Philip Barclay qeyd edir: “Birləşmiş Krallıq hər zaman kino
sənayesinin qlobal mərkəzi olmuşdur. «Taxt-tac oyunları» serialının son mövsumunda Britaniyanın aktyor sənətinin
zənginliyi, eləcə də, bizim gözəl məkanlarımız və texniki təcrübəmiz bütün dünyaya nümayiş olunur. Mən sevinirəm
ki, bu ilki Britaniya Film Baharı festivalında yer alan filmlər bizim tariximizdə indiyə qədər qapalı mövzu kimi qalmış
fərqlilik hekayələrindən bəhs edirlər. Bu il mükafatlandırma mərasimində təltif edilmiş “Favorit” filmi bir çox tarixi
xarakterlərin nə qədər fərqli olduqlarını bizə xatırladı.”

Park Cinema kinoteatrlarının direktoru Elnur Allahverdiyev qeyd edir: “British Film Spring kinofestivalı çərçivəsində
British Council və Böyük Britaniya Səfirliyi ilə əməkdaşlıq etmək bizim üçün şərəfdir. Park Cinema «Hamı Üçün Kino»
strategiyasını alqışlayır və bizim sevimli tamaşaçılarımız üçün əlçatanlığın və inklüzivliyin təmin edilməsi məqsədilə
dəyişiklikləri hədəfə alan layihələri hər zaman böyük sevinc hissi ilə dəstəkləyir.”

British Council-ın Azərbaycandakı filialı fürsətdən istifadə edib göstərdikləri dəstəyə görə Böyük Britaniyanın
Azərbaycandakı səfirliyinə və Park Cinema-ya öz təşəkkürünü bildirir.

Filmin adı  Həftənin günü  Tarix  Vaxt  Zal*
Favorit       Cümə              17 May 2019     19.00   Zallar 3 və 5
Bulanıq Sular  Şənbə  18 May 2019   19.00 Zal 5
Kolet Bazar   19 May 2019  19.00 Zal 5
Xoşbəxt Şahzadə  Bazar Ertəsi  20 May 2019 19.00 Zal 5
İtaətsizlik  Çərşənbə Axşamı  21 May 2019 19.00 Zal 5
Çesil Sahilində  Çərşənbə  22 May 2019 19.00 Zal 5
Xoşbəxt Şahzadə (təkrar)  Cümə Axşamı 23 May 2019 19.00 Zal 5
Boyun Əy  Cümə 24 May 2019 19.00 Zal 5
Bütün nümayişləri Azərbaycan Respublikasının Bakı şəhəri, M. Hüseyn küçəsi 1 ünvanındakı Park Cinema Flame Towers (Alov Qüllələri) binasında keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: