British Film Spring-in möhtəşəm açılışı baş tutdu-fotolar

Aprelin 28-də Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilmiş üçüncü “British Film Spring” festivalının möhtəşəm açılışı baş tutdu.

Bu il festivalda qadınların çəkdiyi və qadınlara həsr olunan çoxsaylı filmlərin nümayişinə yer veriləcəkdir – sizi bir-birindən maraqlı və fərqli 6 film gözləyir: “Yeniyetmə Həyatının Bacarıqları”, “Mən, Deniel Bleyk”, “Yan, Yan, Yan”, “Daşqın”, “Möhtəşəm Həyat” və “Etel və Ernest “.

Festivalın açılış filmi Reyçel Tunnardın “Yaşlı Həyat Vərdişləri” adlı debüt filmidir. Film zala toplaşan tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Festival Nizami Kino Mərkəzində keçirilir. Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: