FutbolIdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna start verilir

Sentyabrın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna start verilir.

Frame.az xəbər verir ki, iki günü əhatə edəcək tura bu gün “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Zirə” oyunu ilə start veriləcək. Saat 18:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Günün ikinci oyununda “Sabah” klubu “Qəbələ”ni qonaq edəcək. Matçının baş hakimi Vüqar Həsənli olacaq. Saat 20:00-da start götürəcək matç “Bank Respublika Arena”da oynanılacaq.

Tura sentyabrın 15-də iki oyun ilə yekun vurulacaq. Günün ilk oyunu “Bakcell Arena”da keçiriləcək. “Səbail” komandası “Keşlə”nin qonağı olacaq. Oyunda baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matç saat 18:00-da başlayacaq.

Dördüncü tura iki əzəli rəqibin oyunu ilə yekun vurulacaq. “Qarabağ” və “Neftçi” komandaları qarşı-qarşıya gələcəklər. Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:30-da təşkil olunacaq görüşü Əliyar Ağayev idarə edəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq, “Zirə” (4 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!