Bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının püşkatma mərasimi keçiriləcək.

İsveçrənin Nyon şəhərində qitənin ən nüfuzlu klub turnirinin püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da baş tutacaq.

Qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanan 16 komanda iki səbətə bölünüb. Qrup liderləri səpələnmiş, ikinci yeri tutanlar isə səpələnməmişlər sırasında qərarlaşıb.

Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-birilərinə rəqib olmayacaq. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Səpələnmişlər

“Bavariya” (Almaniya);

“Mançester Siti” (İngiltərə);

“Liverpul” (İngiltərə);

“Çelsi” (İngiltərə);

“Borussiya Dortmund” (Almaniya);

“Yuventus” (İtaliya);

“Paris Sen-Jermen” (Fransa);

“Real Madrid ” (İspaniya).

Səpələnməmişlər

“Portu” (Portuqaliya)

“Atalanta” (İtaliya)

“Sevilya” (İspaniya)

“Latsio” (İtaliya)

“Barselona” (İspaniya)

“Leyptsiq” (Almaniya)

“Atletiko Madrid” (İspaniya)

“Borussiya Mönhenqladbax” (Almaniya)

Bu gün, həmçinin UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin də püşkü atılacaq.

Püşkatma ilk dəfə olaraq onlayn formatda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatmada qruplarında ilk iki sıranı tutmuş 24 komanda ilə yanaşı, UEFA Çempionlar Liqasından gəlmiş 8 klub iştirak edəcək. Artıq onlar iki səbətə bölünüblər. Qrup qalibləri və UEFA Çempionlar Liqasından mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı I qrupundan İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi Təl-Əviv” klubları pley-offa vəsiqə qazanıblar.

Bu mərhələdə UEFA Avropa Liqasında eyni qrupdan çıxmış komandalar, həmçinin eyni ölkə təmsilçiləri rəqib ola bilməzlər. Bundan əlavə, siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.

Səpələnmişlər

“Milan” (İtaliya)

“Arsenal” (İngiltərə)

“Ayaks” (Niderland)

“Brügge” (Belçika)

“Dinamo Zaqreb” (Xorvatiya)

“Hoffenhaym” (Almaniya)

“Lester” (İngiltərə)

“Bayer” (Almaniya)

“Mançester Yunayted” (İngiltərə)

“Napoli” (İtaliya)

PSV (Niderland)

“Reyncers” (Şotlandiya)

“Roma” (İtaliya)

“Şaxtyor Donetsk” (Ukrayna)

“Tottenhem” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

Səpələnməmişlər

“Antverpen” (Belçika)

“Benfika” (Portuqaliya)

“Braqa” (Portuqaliya)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo Kiyev” (Ukrayna)

“Qranada” (İspaniya)

“Krasnodar” (Rusiya)

“Lill” (Fransa)

“Makkabi Təl-Əviv” (İsrail)

“Molde” (Norveç)

“Olimpiakos” (Yunanıstan)

“Real Sosyedad” (İspaniya)

“Zaltsburq” (Avstriya)

“Slaviya” (Praqa, Çexiya)

“Volfsberq” (Avstriya)

“Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək.

Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları isə 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin səkkizdəbir final mərhələsinin püşkü fevralın 26-da atılacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: