Bu həftə Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Arşın mal alan” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Atəş Qarayev, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Murad Əliyev və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb.

Belə ki, 14 aprel tarixində saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri böyüklər, 15 aprel tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri 16 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: