Baku City CircuitEventsFormula 1

Bu ilki Azərbaycan Qran Prisinin son günündə Martin Solveig çıxış edəcək

Martin Solveig Dua Lipanın konsertindən sonra səhnəyə çıxaraq yarış həftəsonuna öz damğasını vuracaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünyaca məşhur DJ – Martin Solveig 29 aprel tarixində baş tutacaq Dua Lipanın konsertindən sonra səhnəyə çıxaraq əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək.

Əvvəlki illərdənfərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq. Yarış həftəsonunun son gecəsi Dua Lipanın konsert proqramından dərhal sonra əfsanəvi DJ Solveig səhnəyə çıxaraqF1 həvəskarlarını öz məşhur trekləri ilə səhərədək rəqsə sövq edəcək.

Paris əsilli sənətçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir.

Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənən trek adına yiyələnib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjıman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda popmusiqisinin kraliçasını müşayiət edib.

M.Solveig 2015-ci ildə “Intoxicated” mahnısını buraxıb. Qısa müddət ərzində Böyük Britaniyada ilk 5-liyə daxil olan bu mahnı ardıcıl olaraq 24 həftə həmin cədvəldə qalıb və bu uğura görə fransız DJ Avropa üzrə platinium və qızıl mükafatlarına layiq görülüb.

Bundan başqa, Solveig-in Tkay Maidza ilə birlikdə 2016-cı ildə buraxdığı “Do It Right” mahnısı Stuart Weitzman-ın 2016-cı ilin payız mövsümünə həsr etdiyi kampaniyanın saundtreki kimi istifadə olunmuşdu. Supermodel Gigi Hadid-in rol aldığı bu kampaniyanın rejissor işi hərtərəfli istedada malik James Franco-ya məxsusdur.

O, Ina Wroldsen ilə birlikdə buraxdığı “Places” adlı mahnısı ilə yaradıcılığında yeni musiqi çalarlarını kəşf edib. Sənətçinin yaxın dostu supermodel Arizona Muse mahnının klipində rol alıb və “Places” treki BBC Radio 1-in himninə çevrilib.

Qısa müdddət sonra Solveig Alma ilə birlikdə yaddaqalan ksilofon ritmləri, bassline, nəfəsli musiqi alətlərində səsləndirilən fanfar və melodik ritmə sahib “All Stars” adlı mahnısını buraxıb.

Solveig çoxyönlü sənətçi kimi məşhurluq zirvəsini fəth etməkdədir. Bir neçə həftə əvvəl sənətçi ictimaiyyətə açıqlayaraq bildirib ki, 2018-ci ilin sonu işıq üzü görəcək yeni albomunun üzərində işlərə başlayıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Martin Solveig-in Bakıya gəlişinə belə münasibət bildirib: “Bu il Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Martin Solveig kimi istedadlı və dünyaca məşhur DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Onun uzun illərdir elektron rəqs musiqisinə olan təsiri inanılmazdır. Formula 1 həvəskarları üçün yalnız bir biletlə həm Dua Lipanın konsertində, həm də əyləncə proqramında iştirak imkanını yaratmağımız fəxr etdiyimiz nüanslardan biridir. Bakıda hər gecə səhərədək əyləncə olacaq! Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardıncaDJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarındaödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 11-dən etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşənkassalardan,www.iticket.azsaytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər.

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!