Bu qidalar dərinin qaralmağına kömək edir

Yerkökü. Tərkibindəki beta-karotin uzun müddət günəş vannasının təsirini saxlamağa kömək edir. Xüsusilə yerkökü şirəsi. Gün vannasından əvvəl bir stəkan təzə sıxılmış şirə içmək məsləhətdir.

Ərik. Tərkibindəki beta-karotin, B, РР vitaminləri, fosfor, dəmir dərinin qaralmasını sürətləndirir, onu ultrabənövşəyi şüalardan qoruyur. Yaxşı qaralmaq üçün gündə 200 qram ərik yemək məsləhətdir.

Şaftalı. Kalium, beta-karotin, C, PP, B qrup vitaminlə zəngin olan şaftalı melamin piqmentinin istehsalını artırır, dərini günəş yanıqlarından qoruyur, dəridə müdafiə təbəqəsi yaradır və düzgün qaralmaya kömək edir.

Üzüm.  А, РР, С və В qrupu vitaminləri dəri xəstəlikərinin qarşısını alır, zərərli hüceyrələri məhv edir, immun sistemini gücləndirir, su balansını tənzimləyir.

Qulançar. Tərkibindəki A,С, РР və B qrupu vitaminləri dərin ultrabənövşəyi şüalardan qoruyur, dəri xərçəngi riskini azaldır.

Yemiş. В1, В2, РР, С, kalium, dəmir, beta karotin dərinin qaralmasına güclü təsi göstərir. Gündə 300 qram yemiş yemək məsləhətdir.

İspanaq. Beta-karotinlə, РР v С vitaminləri, lüteyinə zəngin olan ispanaq qaralmanı uzun müddətli edir. Dərin ultrabənövşəyi şüalardan qoruyur, daha tünd rəng əldə etməyə kömək edir.

Brokolli.  Bu tərəvəz А, С, Е, В vitaminləri ilə zəngindir. O müalicə effektinə malikdir. Gün yanıqlarını və qızartını, ləkələri azaldır.

Qarpız. Tərkibi likopin, В1, В2, РР, С vitaminləri, kalium, dəmir, beta-karotinlə zəngin olduğu üçün qaralmanı sürətləndirir, dəri hüceyrələrini qoruyur, dəri və orqanizmin su balansını tənzimləyir.

Balıq və dəniz məhsulları . A, D, E, В vitaminləri,  Omeqa-3 və 6 dərini qoruyur, sərbəst radikalların təsirini azaldır, su balansını tənzimləyir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: