Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb. Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edir.

İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

Sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Əhmədnəbi Qvarzatilov yarımfinala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Ardıcıl olaraq Monqolustan, Belarus və Hindistan idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimiz Gürcüstan idmançısı ilə gərgin keçən yarımfinal görüşündə hesabda öndə olmasına baxmayaraq son saniyələrdə minimal fərqlə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan Əhmədnəbi Fransadan olan rəqibini məğlub edərək fəxri kürsüdə yer alıb.

Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində yarışan Həsən Əliyev də yığmamıza bürünc medal qazandırıb. Həsən ardıcıl olaraq Xorvatiya, Gürcüstan və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Moldova təmsilçisi ilə gərgin keçən görüşdə 3:3 hesablı bərabərlik qeydə alınsa da son xalı rəqib qazandığından finala yüksəlib. Həsən Əliyev bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisini üstələyən güləşçimiz fəxri kürsüdə yer alıb.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: