Ən Son

Buffon İtaliya millisinin yeni formasını təqdim edib

Futbol üzrə İtaliya millisi yeni formasını təqdim edib.

Frame.az İtaliya millisinin “İnstagram” səhifəsinə istinadla xəbər verir ki, formanı yığmanın qapıçısı Canluici Buffon nümayiş etdirib. Mavi rəngli formanın qolunda ölkənin bayrağının əksi yer alıb.

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında istifadə olunacaq formada İtaliya Futbol Federasiyasının loqosu da əks olunub.

Formanı məşhur Almaniya şirkəti “Puma” hazırlayıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!