EventsFestivallarOxu zalıTəqdimat

Buktreyler Festivalının mükafatlandırma mərasimi keçiriləcək

IV Buktreyler Festivalının qala gecəsi mayın 1-də keçiriləcək. Bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: “Ölkəmizdə dördüncü dəfə keçirilən Buktreyler Festivalının qaliblərinin adları qeyd edilən tarixdə Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi gecədə açıqlanacaq. Mükafatlandırma mərasimi həmişəki kimi ölkəmizin ziyalı və öncül insanların iştirakı ilə reallaşacaq. Hər bir iştirakçıya uğurlar arzulayıram!”

Xatırladaq ki, qaliblərə birinci, ikinci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hər biri ) və 500 (hər biri) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1000 AZN pul mükafatları təqdim ediləcək.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!