III Buktreyler festivalı qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib

Mayın 3- də Beynəlxalq Muğam Mərkəzində III Buktreyler festivalının  qalibləri mükafatlandırılıb.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.

Festival 2016-cı ildən keçirilir və beynəlxalq kitab gününə və müəlliflik hüququna həsr olunub.Hər il festivalda iştirak etmək istəyənlərin sayı artır.Festival çərçivəsində kitab həvəskarları tərəfindən çəkilən 3 dəqiqəlik filmlər arasında ən yaxşıları münsiflər heyəti tərəfindən  seçilmiş və final mərhələsinə keçmişdir.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, kino sahəsində istetadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Tədbirdə ilk olaraq Azərbaycan Buktreyler festivalının təşkilatçısı,  kinoaktyor Ruslan Sabirli, Libraf PR və Marketinq direktoru Ülviyyə Allahverdiyeva, Azercell Korporativ sosial məsuliyyət üzrə sorumlu Sahilə İbrahimova çıxış edərək,  festivalın gənc rejissorlar üçün ilk uğurlu addım olduğunu, həmçinin cəmiyyətdə kitaba böyük maraq yaratmaq üçün bir vasitə olduğunu bildirib.

 Festivalın münsiflər heyətinə tanınmış mədəniyyət xadimləri- Azərbaycan Yazıçılar Birliyinin katibi,Xalq yazıçısı Çingiz Abdullayev,kino rejissor,ssenarist,Xalq artisti  Oqtay Mirqasımov,ssenarist,Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydiyyatı bölməsinin müdiri,Əməkdar Mədəniyyət işçisi Yusif Şeyxov,Əməkdar artist,kino və teatr aktrisası Mehriban Zəki,aparıcı,Əməkdar artist Murad Dadaşov daxil ediliblər.

 Daha sonra qaliblərin mükafatlandırılma mərasımi başladı.III  Festivalın qalibi “Kitab və qutab” buktreylerinin müəllifi Tural Kərimov ,Firdovsi Nəbiyev “Şahid” kinoişinə və Cavad Nuriyev “İkimizin hekayəsi” buktreylerə görə ikinci yerə,Sərdar Nağıyev “Almafobiya”,Bünyamin Sailov “Can nənə,bir nağıl de” və Eynulla Ağadadaşov “Bulud bağçaları” işinə görə üçüncü yerə layiq görülüblər.Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

 Tədbirin bədii hissəsində Əməkdar artist,tanınmış xanəndə Fərqanə Qasımova çıxış edib.

Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir gurultulu alqışlarla ilə başa çatıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: