Baku 2017

Bulvarda möhtəşəm tədbir keçirildi

Dənizkənarı Parkda İslam Həmrəyliyi oyunları Əməliyyat komitəsi, oyunların könüllüləri, eyni zamanda ulduz səfir Hacı Nuran və Bakı 2017 simvolları-İncə və Cəsur ilə birgə möhtəşəm bir tədbir qeyd etdilər.

Tədbirə “sağlam həyat tərzi” ismarıcını çatdıran peşəkar məşqçinin rəhbərliyi ilə açıq havada idman sessiyası ilə start verildi. Bu idman sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatıldılar.

Ulduz Səfir Hacı Nuran tədbir haqqında təəssüratını belə bölüşdü: “Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının Ulduz səfiri olmaqdan və burdakı gəncləri dəstəkləməkdən qürur hissi duyuram. Bu gün biz Oyunların Açılış mərasiminə az bir zaman qalmasını bayram edirik. Vaxt qısaldıqca, həyacan da artır. Ümid edirəm ki, Azərbaycan bayrağı altında ölkəmizi təmsil edəcək idmançılarımız böyük uğurlar qazanacaq və xalqımızı sevindirəcəklər. Mən hamını Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına gəlməyə və idmançılarımızı dəstəkləməyə çağırıram”.

Dənizkənarı Parkda keçirilən tədbir zamanı, İdman sessiyası ilə bərabər, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaş və dəstəkçi şirkətləri olan Kapital Bank, iTicket, AZAL, Red Bull, Fresco, BonAqua, və Milla-nı təmsil edən nümayəndələrin iştirakı da tədbirə yüksək əhval-ruhiyyə gətirdi. Tədbir zamanı iştirakçılara Red Bull enerji içkiləri, BonAqua suları və Milla-nın süd məhsulları paylandı.

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlərin satışı, eləcə də idman sessiyaları, Açılış və Bağlanış mərasimləri haqqnda təfsilatlı məlumat iTicket lövhəsində əks etdirilmişdi.

Tədbirdə həyata keçirilən müsabiqələr də iştirakçılara həyəcanlı anlar yaşatdı və mübarizədə qalib gələnlərə hədiyyələr verildi.

Tədbirin sonunda bir qrup gənclər Oyunlarla bağlı fleşmob təqdim etdi. Fleşmobda 50-dən artıq gənc iştirakçı, Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxdılar və “Bakı sizi gözləyir” ismarıcını verdilər. Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!