Bundesliqa 5-ci tur

Borussia Dortmund-Frayburq 3:1

Hamburq-Bavariya 0:1

Verder-Volsburq 2:1

Auqsburq-Darmştadt 1:0

Borussia M-İnqolştadt 2:0

Mayts-Bayer 2:3

Ayntraxt-Herta 3:3

Hoffenhaym-Şalke 2:1

Köln-Leyptsiq 1:1

TƏHLİL: Beşinci turun açılış oyununda Borussia Dortmund-Frayburq komandaları üz-üzə gəldi. Hesabı matçın 45-ci dəqiqəsində Aubameyang açdı 1:0. Fasilədən sonra da hücumlarını davam etdirən ev sahibləri 53-cü dəqiqədə Piszcek’in qolu ilə hesab arasındakı fərqi 2 topa çatdırdı. 60-cı dəqiqədə “Frayburq” komandası Philippe’nin qolu ilə hesab arasındakı fərqi azaltdı 2:1. Oyunda son nöqtəni isə “Portuqaliya” millisinin heyətində Avropa Çempionu olan Raphael Guerreiro qoydu 3:1.

Son illərin dəyişilməz çempionu “Bavariya” çətinliklə də olsa “Hamburq” səfərindən 3 xal qopara bildi. Oyunda vurulan yeganə qolun müəllifi Kimmich oldu.

Tutun ən qollu qarşılaşması “Frankfurt” şəhərində qeydə alındı. Ayntraxt-Herta matçında qapılara 6 qol vurulsa da qalib müəyyənləşmədi 3:3.

“Bayer Leverkusen” komandası səfərdə Maynts’ı 3:2 hesabı ilə məğlub etdi.

“Verder” klubu öz meydanında Volsburq’a 2:1 hesabı ilə qalib gələrək cari çempionatda ilk 3 xalını aktivinə yazdırdı.

“Şalke” komandası isə bu dəfə meydanı xalsız başa vurdu.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: