EventsIqtisadiyyatTəqdimat

Business Women Summit Azerbaijan 2018

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən qadın sahibkarların işgüzar əlaqələrinin möhkəmlənməsi, həmçinin Türkiyə-Azərbaycan qadınlarının işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə dövlət siyasətinin davamı olaraq Azərbaycanda ilk dəfə Business Women Summit Azerbaijan həyata keçirilib.

Türkiyədə tanınmış aparıcı, yazar ve iş qadını Ece Vahapoğlunun moderatoruluğu ilə təşkil olunan tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan-Türkiyə İş Qadınları Dərnəyinin sədri Vəfa Muradzadə, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Asossiasiyası (AQSİA) idarə heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı və digər iş xanımları iştirak edib.

“Business Women Summit Azerbaijan 2018” layihəsi “Turkaz” jurnalının təşəbbüsü, “Azərbaycan-Türkiyə İş Qadınları Dərnəyi”nin baş sponsorluğu və qadın sahibkarlığın inkişafı üçün sərfəli kredit şərtləri ilə bank sektorunda fərqlənən Rabitə bankın sponsorluğu, Vəfa ev tekstili, Türkiyənin idman geyim markası Fit21 və digər iş xanımlarının dəstəyi, o cümələdən TurkAz PR&EVENT ve Azərbaycandakı rəsmi partnyoru PROAKTİV PR şirkətinin təşkilatçılığı ilə baş tutub. Layihə ASK, ATİB, AQSİA, TÜİB tərəfindən də dəstəklənib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!