EventsTəqdimatƏn Son

Bütün Dünya Bakı Bulvarında

AIESEC Azərbaycan təşkilatı tərəfindən, “Nar” mobil operatorunun və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə həyata keçirilən Global Village sizə bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verir!

GLOBAL VILLAGE haqqında:

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanınmüxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda müxtəlif məqsədlər üçün toplaşıblar, belə ki onlar “Light It Up”, “Golden Horse”, “Fireflies”, “World for Kids” kimi layihələrinin iştirakçılarıdırlar.

Vaxt: 8 Avqust 2016, 17:30
Tədbir Bakı Dənizkənarı Bulvarın Kukla teatrın arxasındakı meydançada baş tutacaq (Dinamonun köhnə meydançası).

Tədbirdə iştirak pulsuzdur.

Gəlin və unudulmaz, şən və macəralı abu-havanın bir hissəsi olun!

Frame.az

13891958_1125213110850337_6487387011288778400_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!