“Bütün taksitlər Milana aparır” lotereyasının üçüncü tirajı keçirildi

Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

24 avqust tarixində lotereyanın 3-cü tirajı keçirildi və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475 .

Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. 24 sentyabrda – son tiraj zamanı daha 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək.1 nəfər isə əsas hədiyyəni Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.

Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5%-dən 30%-dəkCashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: