“Bütün uşaqlar BİR arada Dəcəl Balamda” böyük beta talassemiya xəstəsi TUNAR üçün birləşdi

“DəcəlBalam” MMC  daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə  uşaqlar və böyüklər “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində  31 may tarixində “ Qızıl Qaya” restoranında ağır beta talassemiya xəstəsi Tunar üçün birləşdilər. “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsinin əsas məqsədi  uşaqlarının hüquqlarının qorunması və müdafiəsi ilə bağlıdı. Hər bir uşaq dinindən, cinsindən, fiziki və əqli geriliyindən asılı olmayaraq hər birinin hüquqları eyni və eyni mühitdə təhsil almalı, əylənməli və inkişaf etməlidir. Bu layihədə də şəkərli –diabetli, talassemiyalı, fiziki qüsurlu, valideyn himayəsindən məhrum və tipik uşaqlar hamısı bir arada əylənərək Tunar balaya dəstək oldular.

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin həyata keçirdiyi  “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində tədbirin ərsəyə gəlməsində  təşkilatı dəstək Güzgü Dəyişim və  İnkişaf  Mərkəzinin rəhbəri Fərqanə Mehmanqızı, ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova , Təbriz Tədris Mərkəzinin rəhbəri Aynur Salmanova, psixoloq Vüsalə Əmiraslanova, Menar Sahil Mərkəzinin rəhbəri Əfsanə Fərəcullayeva , dietoloq Sevinc Həsənzadə, Canana&Legend Beauty Studio rəhbəri Canana xanım, AREA – Azerbaijan Robotics Engineering Academy rəhbəri Rəhman Rəsulzadə,  stilist Hüseyn Rəsulzadə hər zaman uşaqlara göstərdiyi qayğı və diqqət, xidmət və dəstəyə görə fəxri qonaqlar  Kikboxing üzrə 23 qat Dünya çempionu Eduard Məmmədov, müğənni Xatirə İslam, Ahıllara və Tənhalara Yardım İctimai Birliyinin rəhbəri Ruhiyyə Məmmədova, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin rəhbəri şairə İradə Əlili, ictimai fəal Könül Ayxan, uşaq yazıçısı Reyhan Şıxlinskaya, aktyor Tural Əhməd, doktor Nurlan Məmmədov, öz çıxışları ilə uşaqları sevindirən sehirbaz Rasim İsgəndərli, müğənnilər “ART “ qrupu, “Gilavar” qrupu, Mirabbas Babayev və Milana Nəbiyeva və Dəcəl Balamın ən fəal üzvü Zəhra Muradova “ UŞAQLARIN  DOSTU” mükafatına layiq görüldü. Mükafat alanlar sırasında hər zaman uşaqları dəstəkləyən media işçiləri və tədbirin aparıcısı Şirməmməd Hüseynov də yer aldı.

Azərbaycan Diabet Liqasının rəhbəri Yegana Sultana, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov, Azərbaycan Talassemiya Federasiyasının icraçı direktoru Gülgün Gündüz xanıma əməkdaşlığa görə xüsusi təşəkkür edirik.

Tunar böyük beta talassemiya xəstəsidir. 5 yaşı var. Anası və qardaşı ilə birgə Mərdəkan qəsəbəsində kirayədə yaşayır. Ata yoxdur. Baba Əfqanıstan əlili, nənə isə xadimə işləyir. Ilik köçürməsi lazımdı. Donor kimi balaca qardaşı Yusif uyğun gəlir.

31 may tarixində keçirilən tədbirdə hamı Tunar üçün birləşdi və sizi də birləşməyə dəvət edir. Tunarın psixoloji vəziyyəti onun diaqnostikasını və müalicəsini GÜZGÜ DƏYİŞİM VƏ İNKİŞAF MƏRKƏZİ nin psixoloqu Cəmilə Yaşarqızı öz üzərinə götürdü.

Onun yaşamasında hər birimizin payı ola bilər.

MilliÖn aparatlarında :

Bank Xidmətləri – Kapital Bank – Karta Hesab artırma – Hesab nömrəsi 4169 7579 2072 7322- İrəli

Hesab uşağın anası Günay Əlizadə adınadır .

Əlaqə nömrəsi : Şəlalə Əlizadə ( uşağın nənəsi ) (+994 55) 460 94 64

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: