Ən Son

“Bütün uşaqlar BİR arada – Dəcəl Balamda”

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi “Bütün uşaqlar BİR arada Dəcəl Balamda” layihəsi çərçivəsində neçə – neçə uşaqları, ailələri sevindirir. İllərdir bu ənənəni davam etdirərək insanlara dəstək olur, sevinc bəxş edir.

Tam bir il əvvəl müalicə xərclərini ödəmək üçün yardım aksiyasina başladıqda Dəcəl Balam Mərkəzinin rəhbəri Dilşad Musa söz vermişdi ki, Zəhra sağ – salamat geri dönsün onun üçün gözəl bir party təşkil edəcək. Zəhra bala xeyirsevər insanların dəstəyi ilə müalicə olunaraq Azərbaycana geri döndü və Dəcəl Balam Ailəsi öz sözünə sadiq qaldı, insanları bir araya topladı, illərdir xərçəng xəstəliyindən əziyyət çəkən, doğum günlərini xəstəxana otaqlarında qeyd edən Zəhra balaya Holiday İNN Hotel- də “Sürpriz Doğum Günü” Party- si təşkil etdi.

Tədbirin keçirilməsində əsas məqsəd Zəhra balaya unudulmaz bir gün yaşatmaq , yeni dostlar qazandırmaq, ətrafında sevənlərinin olmasını hiss etdirmək idi. Bütün uşaqlar sevilməyə layiqdir.

Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Ülviyyə Həsən qızı Zəhra balanı təbrik edərək sözü Mərkəzin rəhbəri Dilşad xanıma verdilər. Dilşad xanım öz növbəsində Dəcəl Balamın Qəhrəman Zəhrasını təbrik etdi, dəstək olan hər kəsə, Zəhra balanın anası Sevinc xanıma dözümlü və səbrli olduğuna görə təşəkkürünü bildirdi. Heç bir uşağın xəstəliyə tutulmamasını arzuladı.

Tədbirə təşrif buyuran müğənnilər Emil Bədəlov, Nihad Məlik, “İnci” qrupu, Əkbər Əliyev, Ayaz Babayev, “Gilavar” qrupu, Fərid Laçın, Murad Laçın, Ceyhun Bakinski, “Meqas” qrupu, Muratti, Zeynalova Naidə, xalq artisti Məleykə Əsədova, sevimli stilist Samiraldo, rəssam Mina xanım, sehirbaz Anar, şar şou öz maraqlı çıxışları ilə Zəhra balanı təbrik etdi, təşkilatçılara təşəkkürünü bildirdilər.

Tədbirdə “Vəfa” Sosial İctimai Birliyinin Sədri Hacıbəyli Fatimə xanım öz dostları ilə iştirak edərək Zəhra balaya dəstək oldular.

Frame.az

xdecel.jpg.pagespeed.ic.hrpICybo6d

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!