“Çəhrayı pantera” adlı xeyriyyə aksiyası keçirilir

Noyabr ayı ərzində Hyatt Regency Baku mehmanxanasında “Çəhrayı pantera” (Pink Panther Tea Lounge) adlı xeyriyyə aksiyası keçirilib.

Aksiyanın məqsədi Azərbaycanda uşaqların sosial problemlərinə diqqət ayrılmasına yönəlib.
Frame.az-ın verdiyi məlumata görə aksiya Hyatt Regency-nin yenilənmiş lobbisində UAFA-nın (United Aid For Azerbaijan) birgə təşkilatçılığı ilə həyata keçirilib. Otelin lobbisində hər cür pirojna və şiniyyatlar, müxtəlif növ çay, eləcə də qəlyanaltılardan ibarət çay süfrəsi təqdim edilib. Çay süfrəsinin adambaşını düşən qiyməti 15 manat təşkil edib. Bu aksiyada toplanan vəsait UAFA-nın Uşaq Fondu Proqramına köçürülüb.
 “Hyatt Regency Baku-nun təşəbbüsü Hyatt Thrive qlobal korporativ platformasının davamıdır. Bu platforma Hyatt korporsiyanın olduğu dünyanın bütün ölkələrində yerli cəmiyyələrin rifah və inkişafına təkan verir. Bizim insanlara qayğı göstərmə öhdəliyimiz fəaliyyət göstərdiyimiz hər ictimaiyyətə uzanır.Biz dünyanın dört bir yanındakı evlərin hərəkətli, inkişaf edən məkanlar olmasını iistəyirik “deyə Hyatt Regency Baku-nun baş direktoru Walter Gag bildirib.
 Qeyd edək ki,aksiya hər çərşənbə saat 16.00-dan 21:00-a qədər Hyatt Regency Baku-nun yeni təmirli foyesində keçirilir. Fəaliyyət ilin sonuna qədər davam edəcək. 15193431_1159044024183099_3492043632470315882_n 15232308_1159043810849787_5236410522037797511_n 15181235_1159043790849789_4459173827357743848_n 15179187_1159044017516433_358522035719934287_n 15283917_1159044027516432_5714099371339646731_n 15268005_1159044154183086_1791385746250995787_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: