Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!

16 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsinin bağlanış mərasimi baş tutmuşdur.

Layihənin sonunda iştirakçılar 3 günlük təlimlərin mövzusuna uyğun olaraq komandalar şəklində hazırladıqları sosial tamaşaları nümayiş etdirmişdir. Tədbirdə layihə iştirakçılarından əlavə 50-dən çox gənc və ictimaiyyət nümayəndəsi tamaşaçı qismində iştirak etmişdir. “İctimai davranış qaydaları”, “Etiket qaydaları”, “Yol mədəniyyəti” mövzularını əhatə edən tamaşalardan sonra tamaşaçılarla mövzu ətrafında interaktiv müzakirələr aparılmış, müxtəlif fikirlər dinlənilmişdir.

Daha sonra layihə iştirakçıları sertifikatlarla təltif edilmişdir.

Qeyd edək ki, “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsi 13-16 oktyabr tarixlərində Bakı şəhərində həyata keçirilmişdir. Layihənin məqsədi gəncləri etiket və ictimai davranış qaydalarının təbliği, ictimai məsuliyyət hissinin artırılması, ictimai müzakirələrlə ictimai davranış qaydalarına riayət olunmasına nail olmaq, onları ətraf-aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və tənzimləməkdir.

img_3407 img_3455 img_3569 img_3705 img_3842-1Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: