Çətən üzrə mühazirə və ustad dərsləri təşkil olunub

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində çətən üzrə mühazirə və ustad dərsləri təşkil olunub.

Fevralın 11-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri həyata keçirilib.
Dərslərdə Azərbaycan Rəssamlar İttifaqının üzvü, bir çox portret və süjetli xalçaların müəllifi, əsərlərinin bir çox hissəsi dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirovun və Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənilib.

Mühazirədə 33 il xalçaçı-rəssam kimi fəaliyyət göstərən, bir sıra portret, tematik xalça və çətənlərin müəllifi olan Taryer Bəşirov bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən bəhs edib. Xalçaçı-rəssamın müəllifi olduğu “Nizami-850”, ”İçərişəhər”, ”Oğuznamə”, ”XX əsrin korifeyi” adlı müasir çətən nümunələrindən ibarət sərgi də nümayiş olunub.

Həmçinin Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirəsində çətən sənətinin avropa ölkələrinə gəlişi, müasir dövrdə ona olan təlabatın artma səbəbi haqqında iştirakçılara ətraflı məlumatlar verib.
Sonra bu sənət növü ilə maraqlanan gənclərə Taryer Bəşirov və Ənənəvi texnologiyalar şöbəsinin aparıcı elmi işçisi Günay Əhmədova tərəfindən ustad dərsləri də keçirilib.

Çətən üzrə mühazirə və ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəsilə ötürülməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, ustad dərsləri fevral ayının 12-dək davam edəcək. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: