EkologiyaFrame LifeTəqdimat

Cəbrayılda Şərq çinarları əkilib

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov Frame.az-a bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib: “Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlifcinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib.

Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!