EventsFaydamız OlsunTəqdimat

Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsinə start verilir!

“Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsi çərçivəsində gənclərə “İctimai davranış qaydaları”, “Yol mədəniyyəti” və “Etiket qaydaları” mövzularında teatr əsaslı təlimlər keçiriləcək, debatlar, qrup işləri, interaktiv müzakirələr, müxtəlif oyunlar və tamaşalar baş tutacaq.

3 gün davam edəcək təlimlərin sonunda gənclər komandalar şəklində təlimlərin mövzularına uyğun hazırladıqları teatr səhnəciklərini ictimaiyyətə nümayiş edəcəklər.

Layihənin məqsədi gəncləri etiket və ictimai davranış qaydalarının təbliği, ictimai məsuliyyət hissinin artırılması, ictimai müzakirələrlə ictimai davranış qaydalarına riayət olunmasına nail olmaq, onları ətraf-aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və koordinə etməkdir.

Təlimlərdə uğurla iştirak edən iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Layihənin keçirilmə tarixi: 13 – 16 oktyabr, 2016 – cı il

Vaxt: 15:00 – 18:00

Layihənin keçiriləcəyi yer: Bakı şəhəri, Baku Hostel and Project Center

Qeyd: Layihədən 18-29 yaş arası gənclər və tələbələr faydalana bilər.

Müraciət üçün qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe6a41tbqcVzG2TU7Q4ct5fqymcr6Y__RrGzpqfzmENe2dfBw/viewform

Qeydiyyat üçün son tarix: 9 Oktyabr 2016 – cı il

10 oktyabr 2016 – cı il tarixində layihədə iştirak etmək hüququnu qazanmış şəxslərə məlumat veriləcəkdir.

Layihə Rəhbəri: Qüdrətxanım Zeynalova
Telefon: +994504349230;
E-mail: q.zzeynalova@gmail.com

14457515_1798575123716953_176155915570979284_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!