HandmadeQalereyaTəqdimat

Cəsar Məmmədovun “Paradiqma” sərgisi Port Baku Mall-da-FOTO-lar

Martın 17-də Port Baku Mall-da Cəsar Məmmədovun “Paradiqma” adlı fərdi sərgisinin açılışı baş tutdu.

Qeyd edək ki, UNESCO rəssamlar ittifaqının üzvü Sakit Məmmədovun oğlu Casar dünyanın bir çox art-layihələrinin iştirakçısı olub. Onun budəfəki sərgisi özü qarşısında bir hesabat olacaq; bu, rəssamın dilə gətirmədiyi və təbii ki, heç kim tərəfindən eşidilməyən düşüncələridir. Hər bir rəssam kimi, Casar da öz duyğuları ilə sözlə deyil, daha çox boyalarla ifadə etməyə və bölüşməyə üstünlük verir. Onun «Art BAHAR» festivalında iştirakının əsas səbəbi öz dünyasını daha çox tamaşaçı qarşısında nümayiş etdirmək istəyidir.

Sərgi hər gün saat 10:00-dan 22:00-dək Port Baku Mall-un 1-ci mərtəbəsində tamaşaçıların ixtiyarına verilir. Tədbirdən fotoları sizə təqdim edirik. Fotolar Rüstəm Qasımova məxsusdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!