Carlo Pazolini mağazasında festival fürsətləri
Festivala qoşulan daha bir mağaza – Carlo Pazolini də alıcılar üçün xüsusi güzəşt kampaniyasına başladı. 10 apreldən etibarən Bakının İnşaatçılar prospekti 4a və Bül-bül prospekti 23 ünvanlarında, eləcə də, Gənclik Moll-da yerləşən Carlo Pazolini mağazalarında endirimlərə start verdi.
Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 30%-dək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin! Frame.az