EkologiyaEventsFrame LifeTəqdimat

“Carlsberg Azerbaijan” şirkəti “BirgəGələcək Naminə” ekoloji breyn-rinq oyununu keçirib

Aprelin 5-də“Carlsberg Azerbaijan” pivəbişirmə şirkəti “Yer Saatı”na həsr olunmuş “Birgə Gələcək Naminə” ekoloji breyn-rinqtəşkil edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) insanların diqqətinin ətraf mühit problemləri, iqlim dəyişmələrinə cəlb edilməsinə yönələn “Yer Saatı” ekoloji aksiyası çərçivəsində bütün dünyada müəyyən obyektlərdə işıqlar söndürülür. Bu il “Carlsberg Group” mövcud olduğu regionlarda 40-dan çox pivə zavodunda bu təşəbbüsə dəstək oldu.

“Azərbaycan” İntellektual Oyunlar Klubunun dəstəyi ilə “Carlsberg Azerbaijan” ətraf mühit problemlərinə həsr olunan breyn-rinq formatında tədbir təşkil edərək bu təşəbbüsə qoşuldu. “Birgə Gələcək Naminə” breyn-rinqi iştirakçıların və ümumilikdə cəmiyyətin məlumatlılığının artırılması və onların diqqətinintəbiətə qayğı ilə yanaşma məsələlərində bəşəriyyətin qarşısında duran çağırışlara cəlb edilməsi məqsədini daşıyır. Breyn-rinqdə“Green ASAN” və “Green Baku”nun nümayəndələri, həmçinin jurnalist və bloqerlər iştirak ediblər.

Breyn-rinqin qalibi “Green ASAN” komandası oldu.

“Carlsberg Azerbaijan”ın korporativ ünsiyyətlər üzrə rəhbəri Nadejda Ovsyannikova: “Yer Saatı” aksiyası cəmiyyətin diqqətinin gündəlik problemlər səbəbindən diqqət yetirmədiyimiz ətraf mühit problemlərinə cəlb edilməsi üçün gözəl imkandır. Bu təşəbbüs ətraf mühitə qayğı və onun insana təsirinin fəsadlarının azaldılmasının ümumi vəzifəmiz olduğu və həm biznes strukturları və dövlət səviyyəsində, həm bəşəriyyətin dayanıqlı inkişafı üçün çalışan planetin məsuliyyətli sakinləri olaraq bununla bağlı tədbir görməli olduğumuzu bir daha xatırladır. Şirkətimiz uzun müddətdir ki,təbii ehtiyatlara qənaətçil istifadəsinə diqqət yetirir və “Carlsberg”in “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf strategiyası bizim üçün Azərbaycan da daxil olmaqla, mövcud olduğumuz bütün ölkələrdə nail olmağa çalışdığımız konkret və ölçülə bilən məqsədləri – SIFIR karbon izi və SIFIR su itkisi –müəyyən etmişdir. Bu vəzifələrin  çərçivəsində biz ən yaxın illərdə ehtiyatların istehlakının azaldılması və onlardan təkrar istifadənin genişləndirilməsi üçün tədbir görəcəyik”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!