“Carlsberg Summer Cup 2019” futbol turniri Azərbaycan biznesini bir araya gətirir

Bakıda ilk dəfə olaraq “Carlsberg Azerbaijan” futbol turniri keçirilir. Bu turnirdə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunur.

“Carlsberg Summer Cup 2019” turnirində ev sahibləri ilə bərabər PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tabacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions(CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza komandaları çıxış edir.Şirkətlərin komandaları futbola biganə qalmayan əməkdaşlardan təşkil olunub. Hər bir komanda təmsil etdiyişirkətin qalib gəlməsi üçün var gücüylə çalışır.  Bu işdə onlara doğmaları və kolleqaları dəstək olur. Turnir Bakı Tennis Akademiyasının meydançasında təşkil olunur.

Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir oyunları isə 6-7 iyul tarixlərində baş tutub. Yarımfinala çıxmaq uğrunda JTI – BAT, Access Bank – Soliton, CES – Antaris, Medical Plaza– Holcimkomandaları mübarizə aparıblar. Nəticədə BAT, Access Bank, CES və Medical Plaza komandaları yarımfinala çıxa bilib. Turnirin yarımfinal oyunları 13 iyul, finalı isə 14 iyul tarixində keçiriləcək.

“Futbol bizim ehtirasımızdır. Carlsberg-in Liverpul FK ilə uzun illərdir əməkdaşlıq etməsi, əvvəllər də geniş miqyaslı futbol turnirlərinə dəstək olması əbəs yerə deyil. Şirkətimizinprioritetlərindən biri sağlamlıq və təhlükəsizlikdir. İdman – sağlamlıqdır! İdmanla məşğul olun, sağlam həyat tərzi sürün, futbol oynayın. Futbol insanları birləşdirir, ruhlandırır və pozitiv emosiyalar bəxş edir” deyə “Carlsberg Azerbaijan” şirkətinin Baş direktoru Vyaçeslav Maltsev bildirib.

Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində, Azərbaycan paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü  ildə – 8 mln.dekalitrdir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Şirkətin  zavodun inkişafına investisiyalarının ümumi həcmi təqribən 50 milyon AZN təşkil edir. Şirkət portfelinə Xırdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane,Carlsberg, Kronenbourg Blanc, Seth and Riley’s Garage” kimi məşhur brendlər daxildir.

 Carlsberg Group 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Groupun zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə marka daxildir. Carlsberg Group əməkdaşlarının ümumi sayı 42 000-dən çoxdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: