Idman

CBC Sport Arena Polo üzrə Dünya Kubokunda finalçılar mәlum olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və World Polonun təşkilatçılığı ilə Bakıda arena polo üzrə dünya kuboku yarışı davam edir. Turnirin ikinci günündә daha iki qarşılaşma keçirilib.

Əvvəlcə meydana “Pasha Private Banking / Monte-Carlo Polo” və “Improtex Motors / Grand Champions Polo Club Palm Beach” komandaları çıxıblar. Görüş “Pasha Private Banking” poloçularının 4-3 hesablı qәlәbәsi ilә başa çatıb. Adınca isə “Azersun / Evviva Polo Club St Moritz” və “CBC Sport / Elite Horse & Polo Club Baku” kollektivləri qarşılaşıb.

Bu dәfә 7.5 – 4 hesabı ilә qalib gәlәn “CBC Sport” komandası finala vәsiqә qazanıb. Avqustun 10-u saat 16:15 -dә keçirilәcәk hәlledici oyunda komandamızın rәqibi top fәrqinә görә daha yaxşı nәticә göstәrәn “Azersun” poloçuları olacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!