CBC Sport Arena Polo üzrə növbəti Dünya Kuboku yarışına start verilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və World Polonun təşkilatçılığı ilə Bakıda arena polo üzrə dünya kuboku yarışına start verilib.

Açılış oyununda meydana “CBC Sport / Elite Horse & Polo Club Baku” və “Improtex Motors / Grand Champions Polo Club Palm Beach” komandaları çıxıb. Oyun tәmsilçimizin 11-5 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda isə “Pasha Private Banking / Monte Carlo Polo Team” və “Azersun / Evviva Polo Club St Moritz” komandaları üz üzə gəliblər. Bu dəfə sevinən tərəf Azersun poloçuları olub. 8-7. Sabah daha iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Pasha Private Banking / Monte-Carlo Polo” və “Improtex Motors / Grand Champions Polo Club Palm Beach” komandaları arasında oyun, ardınca isə “Azersun / Evviva Polo Club St Moritz” və “CBC Sport / Elite Horse & Polo Club Baku” poloçuları arasında görüş keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: