Baku City CircuitFormula 1Idman

Cek Aitken Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub

“Campos Racing” komandasının pilotu Cek Aitken Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

Frame.az xəbər verir ki, 32 dövrənin yekununda Cek Aitken 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Formula 2 üzrə 23 dövrədən ibarət ikinci yarış aprelin 28-də keçiriləcək.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Carlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Sıralama turunda isə “Carlin” komandasının pilotu Nobuhari Matsuşita Bakıda qalib gəlib. “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNI Virtuosi” komandasının pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!