CinemaEventsƏyləncə

“CEKPOT”u kim aparacaq?

Mövsümü bağlayacaq ən fərqli kinokomediya gəlir.

Hamımızın yaxşı tanıdığı Toppuşbacının “Cekpot”la nə əlaqəsi var?

Tamaşaçılar Toppuşbacını bu dəfə fərqli obrazda görəcəklər…

Söhbət 2018-ci ilin ilk aylarında tamaşaçıların görüşünə gələcək “Cekpot” kinomediyasından gedir.  Yeni kinomediya gəlin-qayınana əhvalatını fərqli şəkildə təqdim edir, komik situasiyalar bir-birini əvəz edir.

“Cekpot”un çəkilişlərinə hələ ötən ilin sonlarından başlanmışdı. Ssenari müəllifi və quruluşçu rejissoru Elza Ağayeva olan kinokomediyada tamaşaçıların Toppuşbacı kimi tanıdıqları Tünzalə Əliyeva, Cəmilə Tağızadə, Turkay Cəfərli, Ülviyyə Əliyeva, Nofel Şahlaroğlu, Elşən Hacıbabayev və digərləri çəkiliblər. Filmin istehsalat prosesi bir ildən artıq müddətdə davam edib. Bəs nə üçün Cekpot?  Əsl kənd qadını olan Anaxanım (Tünzalə Əliyeva), uzun illərdir ki, evin təsərrüfatı ilə təkbaşına məşğul olur. Anaxanımın qızı Nigar ərə gedib, Türkiyədə yaşayır. Oğlu Nazim(Türkay Cəfərli)  Rəna(Cəmilə Tağızadə) adlı aktrisanı sevib və onunla ailə qurub. Anaxanım ilk gündən bu nigah qarşıdır. Bu səbəbdən Anaxanım oğlugilə gəlir və bir neçə ay onun yanında  qalacağını deyir. Amma əsas məqsəd Nazimi Rənadan ayırmaqdır. Rəna da az aşın duzu deyil. Gəlin-qayınana əməlli-başlı duelə çıxırlar.  Və günlərin bir günü Rənanı pərəstişkar-manyak qaçırır və Anaxanım təsadüfən bu hadisənin şahidi olur… O ki qaldı Cekpota, bu sualın cavabını mütləq filmə baxandan sonra biləcəksiniz.

Beləliklə “Cekpot” kinokomediyası may ayının 31-dən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!