Çempionlar Liqası: PSJ “Brügge”ni, “Tottenhem” isə “Srvena Zvezda”nı darmadağın edib

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turuna start verilib.

Frame.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılıb.

Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edib.

Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 18-ci dəqiqədə Toni Kros olub.

A qrupunda mübarizə aparan “Cim-bom” bu nəticədən sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. “Real Madrid” isə 4 xalla ikinci yerdədir.

Bu qrupun digər matçı Belçikada oynanılıb. Fransanın PSJ səfərdə “Brügge”nin qonağı olub. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 0:5.

Üç oyunun hamısında meydanı qələbə ilə tərk edək PSJ qrupda liderliyini davam etdirir. İki xalı olan “Brügge” üçüncü yerdədir.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“A” qrupu:

“Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) – 0:1;

“Brügge” (Belçika) – PSJ (Fransa) – 0:5.

“B” qrupu:

“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) – 2:3;

“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 5:0.

“C” qrupu:

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:2;

“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) – 5:1.

“D” qrupu:

“Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:0;

“Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:1.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: