Çempionlar Liqası: PSJ səfərdə “Mançester Yunayted”dən üstün olub

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə iki oyunla start verilib.

Frame.az xəbər verir ki, günün mərkəzi qarşılaşması İngiltərədə “Mançester Yunayted”lə Fransanın PSJ klubu arasında keçirilib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Fransa klubunun heyətində Kimpembe və Mbappe fərqləniblər.

Günün digər matçı isə Romada oynanılıb. “Roma” doğma “Olimpiko” stadionunda “Portu”dan üstün olub – 2:1. Meydan sahiblərinin heyətində Zaniolo dubl edib, qonaqlardan isə Adrian adını tabloya yazdırıb.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 6-da keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: