Çempionlar Liqası Qrup Mərhələsi 4-cü tur

E Qrupu: Liverpul – Maribor 3:0 Sevilya – Spartak M 2:1 E qrupunda keçirilən hər iki görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Liverpul” səfərdə 7:0 hesabı ilə məğlub etdiyi “Maribor” komandasına bu dəfə 3:0 qalib gəlib. “Sevilya” öz meydanında “Spartak Moskva” komandasını qəbul edib. Görüşə fəal başlayan İspanlar 30-cu dəqiqədə istəklərinə nail olublar. Baneqa’nın künc zərbəsindən ötürdüyü topa hamıdan tez yetişən Lenqlet hesabı açıb 1:0. İlk hissə Sevilya’nın 1:0 hesablı üst ünlüyü ilə yekunlaşıb. 59-cu dəqiqədə Sarabiya’dan ötürmə alan Baneqa özü fərqlənib 2:0. Oyunun sonuna 12 dəqiqə qalmış Moskvalılar Ze Luis’in vurduğu qolla fərqi azaldıblar 2:1. Bu qələbə sayəsində “Sevilya” xallarının sayını 7-yə yüksəldərək turnir cədvəlində ikinci pilləyə yüksəlib.

F Qrupu: Napoli – Mançester Siti 2:4 Şaxtyor – Feyenord 3:1 “Napoli” İngiltərə’də ötən həftə məğlub olduğu “Mançester Siti” komandasına bu dəfə doğma meydanda boyun əydi. Hərçənd hər şey Sarri’nin yetirmələri üçün yaxşı başlamışdı. Görüşün artıq 21-ci dəqiqəsində İnsinye uzaq küncü dəqiq nişan alaraq komandasını hesabda önə keçirmişdi 1:0. Lakin Şəhərlilər fasilə ərəfəsində Otamendi’nin vurduğu qolla hesabı bərabərləşdirib 1:1. 48-ci dəqiqədə Stounz qonaqların ikinci topunu vurub 1:2. Hesabda geri düşən “Napoli” hücumlarının kəsərini artıraraq 62-ci dəqiqədə istəklərinə nail olublar. Penalti zərbəsini dəqiq yerinə yetirən Jorjinyo hesabı 2:2 edib. Lakin buraxılan qoldan cəmi yeddi dəqiqə sonra Aquero fərqlənib 2:3. Oyunun sonuncu dəqiqəsində Strelinq 4-cü topu meydan sahiblərinin qapısından keçirib 2:4. Bu qələbə sayəsində Quardiola’nın yetirmələri 1/8 final mərhələsinə vəsiqəni qrup mərhəsəninin sonuna 2 tur qalmış təmin edib. Qrupun digər matçında “Şaxtyor” doğma meydanda “Feyenord” komandasına 3:1 hesabı ilə qalib gəlib.

G Qrupu: Beşiktaş – Monako 1:1 Portu – Leipziq 3:1 “Portu” öz meydanında qəbul etdiyi Almaniya’nın “Leipziq” komandasına 3:1 hesabı ilə qalib gələrək xallarının sayını 6-ya çatdırıb. Qrupun lideri “Beşiktaş” səfərdə məğlub etdiyi “Monako” ilə doğma meydanda heç-heçə edib 1:1. Bu nəticələrdən sonra “Beşiktaş” 10 xalla qrup lideridir. Aktivində 6 xalı olan “Portu” ikinci, 4 xala sahib olan “Leipziq” üçüncü, cəmi 2 xal toplayan “Monako” isə qrup sonuncusudur.

H Qrupu: Borussia Dortmund – Apoel 1:1 Tottenhem – Real Madrid 3:1 İngiltərə’nin “Tottenhem” komandası doğma meydanda turnirin son qalibi Real Madrid’i qəbul edib. Hesab görüşün 27-ci dəqiqəsində açılıb. Delle Alli Trippier’in sağ cinahdan ötürdüyü topa ayaq qoyaraq komandasını hesabda önə keçirib 1:0. 56-cı dəqiqədə Delle Alli dublunu rəsmiləşdirərək hesabı 2:0 edib. Buraxılan qoldan sonra özünə gələ biləməyən İspanlar çox keçmədən qapısında daha bir qol görüb. Keyn’dən dəqiq ötürmə alan Eriksen üçüncü topu Kasilya’nın qapısından keçirib. 80-ci dəqiqədə Kriştiano Ronaldo hesab arasındakı fərqi 2 topa çatdırsa da bundan artığına Madridlilərin gücü çatmayıb. 3:1 hesabı ilə qələbə qazanan “Tottenhem” komandası xallarının sayını 10-a yüksəldərək qrupda vahid liderliyi ələ keçirib. Borussia Dortmund – Apoel görüşü 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: