FutbolIdman

Çempionlar Liqası qrup mərhələsi 3-cü tur

UEFA Çempionlar Liqasında 3-cü turun oyunları keçirilib.

A QRUPU: Benfika – Mançester Yunayted 0:1 ÇSKA – Bazel 0:2 A qrupunda keçirilən hər iki qarşılaşmada qonaqlar 3 xalı bayram edən tərəf olub. Portuqaliya səfərinə yollanan “Mançester Yunayted” Raşford’un vurduğu yeganə qol sayəsində Benfika’ya qalib gəlib. Bu qələbə sayəsində “Qırmızı Şeytanlar” xallarının sayını 9-a yüksəldib. “ÇSKA” doğma meydanda qəbul etdiyi “Bazel” komandasına 0:2 hesabı ilə məğlub olub.

B QRUPU: Bavariya – Seltik 3:0 Anderlext – PSJ 0:4 Ötən tur “Bavariya” komandasına futbol dərsi keçən “PSJ” bu turda qrupun autsayderi hesab olunan Anderlext’i darmadağın edib 0:4. Qrupun digər görüşündə “Bavariya” “Seltik” komandasına heç bir şans verməyib. C QRUPU: Qarabağ – Atletiko Madrid 0:0 Çelsi – Roma 3:3 C qrupunda keçirilən hər iki qarşılaşma heç-heçə başa çatıb. Bakıda adlı-sanlı Atletiko Madrid komandasını qəbul edən “Qarabağ” rəqibi ilə heç-heçə edərək aktivinə ilk xalı yazıb. Son İngiltərə çempionu “Çelsi” komandası doğma meydanda Roma’ya qalib gələ bilməyib. Görüş 3:3 hesabı ilə məhsuldar heç-heçə ilə başa çatıb.

D QRUPU: Barselona – Olimpiakos 3:1 Yuventus – Sportinq 2:1 D qrupunun lideri “Barselona” öz meydanında Yunanıstanın “Olimpiakos” komandasına 3:1 hesabı ilə qalib gəlib. Turnirin son finalçısı “Yuventus” Sportinq’lə görüşdə yenik durumda olmasına baxmayaraq Pyaniç və Mandzukiç’in vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanmağı bacarıb.

E QRUPU: Maribor – Liverpul 0:7 Spartak Moskva – Sevilya 5:1 E qrupunda keçirilən iki oyunda qapılara 13 top vurulub. “Maribor” doğma meydanda Liverpul’a 0:7 hesabı ilə məğlub olub. Rusiyanın “Spartak Moskva” komandası öz meydanında Sevilya’nı 5:1 hesabı ilə ağır məğlubiyyətə uğrradıb. Bu nəticələrdən sonra “Liverpul” 7 xalla turnir cədvəlinə başçılıq edir.

F QRUPU: Mançester Siti – Napoli 2:1 Feyenord – Şaxtyor 1:2 Qrupun lideri “Mançester Siti” öz meydanında “Napoli” komandasına 2:1 hesabı ilə qalib gəlib. Feyenord – Şaxtyor göüşündə qonaqlar qələbəni bayram edib. Oyunun 8-ci dəqiqəsində Berquisin vurduğu qolla hesabda önə keçən Hollandlar üstünlüklərini sona kimi saxlaya bilməyərək yekunda 1:2 hesabı ilə məğlubiyyətlə barışmalı olublar.

G QRUPU: Monako – Beşiktaş 1:2 Leipziq – Portu 3:2 Turnirə yaxşı start verən “Beşiktaş” “” səfərindən də 3 xalla qayıdıb. Cenk Tosun’un dublu sayəsində növbəti 3 xalı aktivinə yazan “Qartallar” 9 xalla turnir cədvəlinə başçılıq edir. Ötən tur Monako’nu səfərdə 3:0 hesabı ilə məğlub edən “Portu” bu tur Leipziq’lə səfər matçından əliboş qayıdıb.

H QRUPU: Apoel – Borussia Dortmund 1:1 Real Madrid – Tottenhem 1:1 H qrupunda keçirdikləri 2 oyundan sonra maksimum xal qazanan “Real Madrid” və “Tottenhem” komandaları Madriddə üz-üzə gəldilər. Hesab görüşün 28-ci dəqiqəsində açıldı. Aurier’in sağ cinahdan ötürməsini uzaqlaşdırmaq istəyərkən Varan avtoqol müəllifi olub 0:1. Fasiləyə iki dəqiqə qalmış Kral klubu hesabı bərabərləşdirməyə müvəffəq olub. Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirib 1:1. İkinci hissədə hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanları olsa da qapılara başqa qol vurulmayıb. Qrupun digər matçında “Apoel” doğma meydanda qəbul etdiyi “Borussia Dormund” komandası ilə heç-heçə oynayıb 1:1.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!