FutbolIdman

Çempionlar Liqası Qrup Mərhələsi 4-cü tur

A QRUPU: Bazel – Çska 1:2 Mançester Yunayted – Benfika 2:0 Ötən tur səfərdə Benfika’ya minimal hesabla qalib gələn “Qırmızı Şeytanlar” gözlənildiyi kimi doğma meydanda da Portuqallara qalib gəlib. Hesab hissənin sonuncu dəqiqəsində açılıb. Topu uzaqlaşdırmaq istəyən Svilar avtoqol müəllifi olub 1:0. Oyunun 78-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Blind hesabı 2:0 edib. Bu qələbə sayəsində Joze Mourinyo’nun yetirmələri xallarının sayını 12-yə yüksəldərək 1/8 final mərhələsinə vəsiqəni təmin edib. Doğma meydanda Bazel’ə məğlub olan “ÇSKA” komandası səfərdə bu məğlubiyyətin əvəzini çıxıb. Oyunun gedişatında hesabda geri olan Moskvalılar Dzaqoyev və Vernblum’un vurduğu qollar sayəsində meydandan 2:1 hesabı ilə qalib ayrılıb.

B QRUPU: PSJ – Anderlext 5:0 Seltik – Bavariya 1:2 Qrupun iki əsas favoriti olan “PSJ” və “Bavariya” komandaları növbəti 3 xalı aktivlərinə yazıblar. “PSJ” doğma meydanda Anderlext’ə futbol dərsi keçib 5:0. Qeyd edək ki, Parislilərin 5 qolundan 3-nə müdafiəçisi Kurjava imza atıb. Şotlandiya səfərinə yollandan “Bavariya” görüşün artıq 22-ci dəqiqəsində hesabı açmağa müvəffəq olub. Koman qapıçını keçib topu boş qapıdan keçirib 0:1. İlk hissə Münhenlilərin minimal hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 74-cü dəqiqəsində Makqreqor tablodakı rəqəmləri eyniləşdirib 1:1. Lakin meydan sahiblərinin sevinci çox çəkməyib. Buraxdıqları qoldan cəmi 3 dəqiqə sonra “Bavariya” Martinez’in başla vurduğu qolla hesabda yenidən önə keçib 1:2. Matçın qalan dəqiqələrində başqa qol olmayıb. Görüş 2:1 hesabı ilə Bavariya’nın qələbəsi ilə yekunlaşıb.

C QRUPU: Roma – Çelsi 3:0 Atletiko Madrid – Qarabağ 1:1 Günün maraqla gözlənilən Roma – Çelsi oyunu İtalyanların böyükhesabl qələbəsi ilə başa çatıb. 3:0 hesabı ilə qalib gələn “Roma” turnir cədvəlində liderliyi ələ keçirib. “Atletiko Madrid” Bakıda olduğu kimi doğma meydanda da “Qarabağ” komandasına qalib gələ bilməyib. Hesab görüşün 40-cı dəqiqəsində açılıb. Miçel başla dəqiq zərbə endirərək həmvətənlərini cəzalandırıb. İkinci hissədə hücumlarının kəsərini artıran meydan sahibləri Tomas’ın uzaq məsafədən endirdiyi dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Lakin bundan artığına İspanların gücü çatmayıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

D QRUPU: Olompiakos – Barselona 0:0 Sportinq – Yuventus 1:1 D qrupunda keçirilən hər iki qarşılaşmada heç-heçə qeydə alınıb. Qrupun lideri “Barselona” səfərdə Olimpikos’un müqavimətini qıra bilməyib. Sportinq – Yuventus matçında hesab 20-ci dəqiqədə açılıb. Bruno Sezar Portuqalları hesabda önə keçirib. İlk hissə 1:0 “Sportinq” komandasının xeyrinə başa çatıb. Oyunun 79-cu dəqiqəsində Kuadrado’dan ötürmə alan İquayn qapıçı ilə təkbətək qalaraq tarzalığı bərpa edib 1:1. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb. Bu nəticələrdən sonra “Barselona” 10 xalla turnir cədvəlinə başşılıq edir. Turnirin son finalçısı “Yuventus” 7 xalla ikincidir. Aktivində 4 xalı olan “Sportinq” üçüncü, cəmi 1 xala malik olan “Olimpiakos” isə qrup sonuncusudur.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!