FutbolIdman

Çempionlar Liqası V-ci tur

A QRUPU: ÇSKA – Benfika 2:0 Bazel – Mançester Yunayted 1:0 Dörd turdan sonra maksimum xal toplayan “Mançester Yunayted” qrup merhələsinin 5-ci görüşündə məğlub olub. “Bazel” komandasına qələbə gətirən qola oyunun 89-cu dəqiqəsində Lanq imza atıb. Bu qələbədən sonra İsveçrə təmsilçisi xallarının sayını 9-a yüksəldib. Qrupun digər matçında Rusiya’nın “ÇSKA” komandası doğma evində Benfika’nı qəbul edib. Görüşün 13-cü dəqiqəsində Şennikov Natxo’nun ötürməsini qola çevirərək meydan sahiblərini hesabda önə keçirib 1:0. İlk hissə Moskvalıların minimal hesablı üstünlüyü ilə başa çatıb. 56-cı dəqiqədə Jardel’in avtoqolu göörüşdə vurulan son qol olub. 2:0 hesabı ilə qələbə qazanan “ÇSKA” xallarının sayını 9-a çatdırıb. Keçirdiyi 5 görüşün hamısında məğlub oln “Benfika” isə qrup sonuncusudur.

B QRUPU: PSJ – Seltik 7:1 Anderlext – Bavariya 1:2 B qrupunun lideri “PSJ” “Park De Prens” stadionunda qəbul etdiyi “Seltik” komandasını ağır məğlubiyyətə uğradıb 7:1. Baş məşqçi dəyişikliyindən sonra özünə gəlməyə başlayan “Bavariya” səfərdə “Anderlext” komandasına 2:1 hesabı ilə qalib gəlib.

C QRUPU: Qarabağ – Çelsi 0:4 Atletiko Madrid – Roma 2:0 Qarabağ’ı Bakıda 4:0 hesabı ilə məğlubiyyətə uğradan “Çelsi” 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. Atletiko Madrid – Roma matçında İspanlar 2:0 hesabı ilə qələbə qazanıblar.

D QRUPU: Yuventus – Barselona 0:0 Sportinq – Olimpiakos 3:1 Qrup mərhələsinin ilk turunda Barselona’ya səfərdə 3:0 hesabı ilə məğlub olan “Yuventus” doğma meydanda bu məğlubiyyətin əvəsini çıxa bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb. “Sportinq” evində Olimpiakos’a 3:1 hesabı ilə qalib gəlib.

E QRUPU: Sevilya – Liverpul 3:3 Spartak Moskva – Maribor 1:1 E qrupunda keçirilən hər iki qarşılaşmada heç-heçə qeydə alınıb. Sevilya – Liverpul oyunun 3:3 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb. Spartak Moskva – Maribor görüşündə hesab oyunun sonuna 8 dəqiqə qalmış açılıb. Melqarexo’dan ötürmə alan Braziliyalı futbolçu Ze Luiş fərqlənib 1:0. Lakin buraxılan qoldan sonra ruhdan düşməyən Sloveniya təmsilçisi 90-cı dəqiqədə Masenoviç’in vurduğu qolla məğlubiyyətdən xilas olublar 1:1.

F QRUPU: Mançester Siti – Feyenord 1:0 Napoli – Şaxtyor 3:0 “Mançester Sit”i doğma meydanda “Feyenord” komandasını qəbul edib. Qarşılaşmanın 88-ci dəqiqəsində Sterlinq’in vurduğuyeganə qol meydan sahiblərinə qələbə gətirib. Qrupun digər matçında “Napoli” çətinlik çəkmədən Şaxtyor’un öhtəsindən gəlib 3:0.

G QRUPU: Beşiktaş – Portu 1:1 Monako – Leipziq 1:4 Portuqaliyada keçirilən qarşılaşmada rəqibinə 3:1 hesabı ilə qalib gələn “Beşiktaş” evində Portu’ya qalib gələ bilməsədə heç-heçə sayəsində 1/8 final mərhələsinə vəsiqəni təmin edib. “Monako” doğma meydanda gözlənilmədən “Leipziq” komandasına 1:4 hesabı ilə məğlub olub.

H QRUPU: Apoel – Real Madrid 0:6 Borussia Dortmund – Tottenhem 1:2 Apoel – Real Madrid matçı gözlənildiyi kimi qonaqların qələbəsi ilə yekunlaşıb 0:6. “Borussia Dortmund” doğma meydanda “Tottenhem” komandası ilə qarşılaşıb. Bu oyunda qapılara 3 qol vurulub. 31-ci dəqiqədə Yarmolenko’nun ötürməsindən sonra Obameyanq fərqlənib 1:0. İlk hissə Almanların 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 49-cu dəqiqədə Keyn oyunda tarazlığı bərpa edib 1:1. Görüşün bitiminə 14 dəqiqə qalmış isə Son Tottenhem’in qələbə topunu vurub 1:2.

Frame.az

PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!