Idman

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib

Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib.

PSJ komandası ilk matçda turnirin əsas favoritlərindən biri hesab olunan Barselona’nı 4:0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Görüşün 18-ci dəqiqəsində Anhel Di Mariya cərimə zərbəsindən mükəmməl qola imza atmaqla ev sahibi komandanı hesabda önə keçirib 1:0. Fasiləyə az qalmış PSJ’nin yeni transferi Draksler uzaq küncü dəqiq nişan alaraq hesabı 2:0-a çatdırıb. İkinci hissənin 55-ci dəqiqəsində Di Mariya dubl edərək fərqi üç topa çatdırıb. Lakin bu da görüşdə vurulan son qol olmayıb. Edinson Kavani 72-ci dəqiqədə fərqlənərək komandasının 4:0 hesablı qələbəsini rəsmiləşdirib.

Günün digər qarşılaşmasında Benfika öz meydanında qəbul etdiyi Borussiya Dortmund’a 1:0 hesabı ilə qalib gəlib. Portuqaliya təmsilçisinə qələbə gətirən qolu Kostantinos Mitroğlu vurub.

Çərşənbə günü keçirilən Bavariya – Arsenal matçında gözlənildiyi kimi Bavariya qələbə qazanıb. Rəqibini 5:1 hesabı ilə darmadağın edən Almaniya təmsilçisi demək olar kı, artıq cütün taleyinə aydınlıq gətirib.

Gecənin digər qarşılaşmasında turnirin son qalibi Real Madrid Santyaqo Bernabeu’da Napoli komandasına 3:1 hesabı ilə qalib gəlib. PSG – Barcelona 4:0 Benfica – Borussia Dortmund 1:0 Bayern München – Arsenal 5:1 Real Madrid – Napoli 3:1

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!