Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

A Qrupu: 1.Benfika 2.Mançester Yunayted 3.Bazel 4.Çska Moskva

B Qrupu: 1.Bavariya 2.PSJ 3.Anderlext 4.Seltik

C Qrupu: 1.Çelsi 2.Atletiko Madrid 3. Roma 4. Qarabağ

D Qrupu: 1.Yuventus 2.Barselona 3.Olimpiakos 4.Sportinq

E Qrupu: 1.Spartak Moskva 2.Sevilya 3.Liverpul 4.Maribor

F Qrupu: 1.Şaxtyor 2.Mançester Siti 3.Napoli 4.Feyenord

G Qrupu: 1.Monako 2.Portu 3.Beşiktaş 4.Leipziq

H Qrupu: 1.Real Madrid 2.Borussia Dortmund 3.Tottenhem 4.Apoel Portuqaliya çempionu “Benfika” son Avropa Liqasının qalibi “Mançester Yunayted”, İsveçrə çempionu “Bazel” və Rusiyanın “Çska Moskva” komandaları ilə bir qrupda yer alacaq.

Neymar’ı astronomik məbləğə transfer etməklə gündəmə düşən “PSJ” Almaniyanın adlı-sanlı komandası “Bavariya” ilə eyni qrupda mübarizə aparacaq. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz Qarabağ’ın ölüm qrupunda mübarizə aparacağını desək yanılmarıq.

Belə ki, 5 qat Azərbaycan çempionu “Qarabağ” C qrupunda son İngiltərə çempionu Çelsi, İspaniyanın köklü klublarından sayılan “Atletiko Madrid” və İtaliyanın güclülərindən olan “Roma” ilə eyni qrupda mübarizə aparmalı olacaq. Çempionlar Liqasının son finalçısı “Yuventus” D qrupunda Barselona, Olimpiakos və Sportinq komandalarına rəqib olub. “Mançester Siti” F qrupunda “Şaxtyor” “Napoli” və “Feyenord” komandaları ilə mübarizə aparacaq.

Keçən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləyən “Monako” G qrupuna düşüb. “Monako” qrupun favoriti hesab olunsa da “Portu” və “Beşiktaş” komandalarını da hesabdan silmək olmaz.

Çempionlar Liqasının son qalibi “Real Madrid” H qrupunda mübarizə aparacaq. Zidan’ın yetirmələri Borussia Dortmund, Tottenhem və “Apoel” komandaları ilə eyni qrupda yer alacaq.

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: