Champions League-də bu həftə də maraqlı anlarla yadda qaldı

  • Champions League

    A Qrupu: Basel 1 – 2 Paris Saint Germain Ludogorets Razgrad 2 – 3 Arsenal

    B Qrupu: Besiktas 1 – 1 SSC Napoli Benfica 1 – 0 Dynamo Kyiv

    C Qrupu: Borussia Moenchengladbach 1 – 1 Celtic Manchester City 3 – 1 Barcelona

    D Qrupu: Atletico Madrid 2 – 1 FC Rostov PSV Eindhoven 1 – 2 Bayern Munich

    E Qrupu: Monaco 3 – 0 CSKA Moscow Tottenham Hotspur 0 – 1 Bayer Leverkusen

    F Qrupu: Borussia Dortmund 1 – 0 Sporting CP Legia Warszawa 3 – 3 Real Madrid

    G Qrupu: FC Koebenhavn 0 – 0 Leicester City FC Porto 1 – 0 Club Brugge

    H Qrupu: Juventus 1 – 1 Lyon Sevilla 4 – 0 Dinamo Zagreb

    TƏHLİL: Bazel və PSG klubları A qrupunda üz-üzə gəldilər. Fransa təmsilçisi səfərdə qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcəkdi. İlk hissədə ev sahibləri fəal görünsədə hesabı fasilə ərəfəsində Paris təmsilçisi açdı. Matuidi baxımlı qola imza atdı. İkinci hissədə təzyiqləri artıran ev sahibi Bazel komandası matçın 76-cı dəqiqəsində Zuffi’nin vurduğu qolla status-kvonu bərpa etdi. Lakin bu qol PSG’ni ruhdan salmadı. Oyuna əvəzetmədən daxil olan Thomas Meunier 90-cı dəqiqədə vurduğu qolla komandasına İsveçrə səfərində 3 xal gətirdi.

    Qrupun digər qarşılaşmasında Ludoqorets-Arsenal komandaları üz-üzə gəldi. Hesabda 2:0 geri düşməsinə baxmayaraq topçular əsl xarakter nümayiş etdirərək qalib gəlməyi bacardı.

    Beşiktaş-Napoli qarşılaşmasında azərkeşlər ilk qolu izləmək üçün 79 dəqiqə gözləməli oldu. Quaresma 11 metrlik cərimə zərbəsindən fərqlənərək İstanbul təmsilçisini hesabda önə çıxartdı. Lakin ev sahiblərinin qol sevinci uzun çəkmədi. Marek Hamşik uzaq məsafədən vurduğu gözəl qolla komandasına səfərdə 1 xal qazandırdı.

    Qrupun digər oyununda Benfika Salvio’nun vurduğu yeganə qol sayəsində Dinamo Kiyev komandasını məğlub etdi.

    Mançester səfərinə ciddi itkilərlə yollanan Barselona komandası hesabda öndə olmasına baxmayaraq 3:1 hesabı ilə məğlubiyyətə uğradı. Bu oyunda Türk əsilli Alman futbolçu İlkay Gündoğan dubl etməklə komandasının qələbə qazanmasında önəmli pay sahibi oldu.

    C qrupunun digər qarşılaşmasında Borussiya Mönhenqladbax komandası hesabda irəliyə çıxmasına baxmayaraq Dembele’nin penalti qoluna əngəl olamayınca 1:1 hesablı nəticəyə razılaşmalı oldu.

    D qrupunda keçirilən hər iki matçda eyni hesab qeydə alındı. Atletico Madrid öz meydanında Rusiya’nın Rostov komandasına, Bavariya isə səfərdə Psv’yə 2:1 hesabı ilə qalib gəıdi.

    Monako-SSKA oyununda ev sahibləri 3 cavabsız qolla qələbə qazandılar.

    Qrupun digər qarşılaşmasında isə Tottenhem gözlənilmədən evdə Bayer’ə minimal hesabla məğlub oldu.

    Legiya-Real Madrid oyununda qapılara 6 qol vurulsada qalib müəyyən olunmadı 3:3.

    Adrian Ramos’un vurduğu yeganə qol Borussiya Dortmund komandasına Sportinq üzərində 1:0 hesablı qələbə gətirdi. Bu nəticələrdən sonra Borussiya Dortmund F qrupunda liderliyini davam etdirdi.

    G qrupunda keçirilən 2 oyunda qapılara cəmi 1 qol vuruldu. Kopenhagen-Lester qarşılaşmasında qapılara top vurulmadı. Portu-Brügge matçında ilk oyunda olduğu kimi bu oyunda da Portuqaliya’lılar meydandan qalib ayrıldılar.

    Sevilya komandası gözlənildiyi kimi Dinamo Zaqreb komandasına çətinlik çəkmədən qalib gəldi 4:0.

    Qrupun digər oyununda Turin’in Yuventus komandası Lion’la qarşılaşdı. Matçda hesab oyunun 14-cü dəqiqəsində açıldı. Gonsalo Higuain 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək Yuve’ni hesabda önə çıxartdı. İkinci hissədə arxayınlaşan Yuventus oyunun sonlarında bunun cəzasını çəkdi. Tolisso baş zərbəsiylə fərqlənərək bu mövsüm Buffon’u Uefa Çempionlar Liqasında ilk dəfə topu tordan çıxartmağa məcbur etdi. Bu heç-heçə sayəsində Lion komandası azda olsa qrupdan çıxma şanslarını saxlamış oldu.

    ( PƏRVİN BAYRAMOV ).

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: