“Chanel N°5”

Ernest Eduardoviç Bo — rus və fransız ətiryatçısı olub, 1921 ci ildə ona şöhrət qazandıran məşhur “Chanel N°5” ətirini yaratmışdır.

1922 ci ildə rəsmi olaraq Koko Şanel ətriyyatçı fr. Ernest Beaux (1881-1961) ilə birlikdə “Chanel Nº5” ətirini pərəstişkarlarına təqdim edirlər.

Rallet № 1 seriyasından olan ətirlərin içindən mademauzel Şanel beşinci nömrəni bəyənərək seçmişdir.

Ətirin qablaşdırılmasından tutmuş qutusunadək olan bütün tərtibatı öz boynuna götürən Koko Şanel onu milad bayramı ərafəsində bütün tanışlarına, seçilən, əslli-nəcabətli, və zəngin qadınlara, moda evlərinə hədiyyə qismində göndərir. Beləliklə də Koko Şanelin moda kolleksiyalarının işığında ətir məşhurlaşmış olur.

1924 cü ildən “Şanel Evi” silsilə şəkilli “Chanel (Nº 11, Nº 14, Nº 20, Nº 21, Nº 27, Nº 55)” ətirini təqdim etmişdir. “Chanel Nº…” ətirinin şüşə qabının dizaynı məhz Koko Şanelə məxsusdur.

Koko Şanelin iş ortağı olan dünya bazarına çıxmağa can atan işadamı Piyer Vertheimer öz qardaşı ilə birlikdə Pantindəki “Bourjois” kosmetik fabrikinin maliyə və texniki imkanları hesabına “Chanel Nº5” ətirinin istehsalçısına çevrilir.

Konsern səhimlərin 70%-nə sahib olan müəssisə “Şanel evindən” ayrılmağa qərar verir. Şəxsən 10% səhmə malik Koko Şanel “Qaleri Lafayet” (fr. Galeries Lafayette) univermaqlar şəbəkəsini yaradır.

1926 cı ildə “Şanel evi” Fransadan kənarda Londonda ilk butik mağazasını açmış olur. II Dünya müharibəsindən sonra “Qaleri Lafayet”in rəhbərliyinin dəstəyi ilə E. Bo Koko Şanel ilə birlikdə ətirin müəlliflik hüququnu əldə etmək üçün uzun müddət mübarizə aparmalı olmuşdur.

İstər qadın istərsə də kişilər üçün təklif olunan Chanel məmulatları ən bahalı, eleqant dəbdəbəli kosmetik ləvazimatlar və ətirlər sayılmaqdadır.

Bunlardan “Pour Monsieur” (1955), Nº 19 (1971), “Cristalle” (1974), “Antaeus” (1981), “Coco” (1984), “Egoïste” (1990), “Platinum Egoïste” (1993), “Allure” / “Allure Homme” (1999), “Coco Mademoiselle” (2001), “Chance” (2002), “Bleu de Chanel” (2010) və s. kimi ətirləri misal göstərmək olar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: