EventsTəqdimat

“Changan club” növbəti tədbirini keçirib

Noyabr ayının 20-də “Changan club” növbəti tədbirini keçirib.

Əvvəlki tədbirlər Azərbaycanın regionlarına avtoyürüş və orada klub üzvlərinin aktiv istirahətindən ibarət olduğu halda, budəfəki tədbir tam fərqli olub. Belə ki, klub üzvləri Bakıda yerləşən SOS uşaq kəndlərini ziyarət edib, oradakı körpələr üçün əyləncə təşkil ediblər.

Səhər saatlarında klub üzvləri “Changan”ın Azərbaycandakı rəsmi dileri olan “Sirena Motors”un satış salonunda toplaşıblar. Qısa hazırlıq və brifinqdən sonra avtomobil karvanı SOS uşaq kəndinə yola düşüb. Uşaqlarla xatirə şəkilləri çəkdirdikdən sonra xüsusi ayrılmış avtobuslar klub avtomobillərinin müşayiəti ilə uşaqları “MEGAFUN” əyləncə və istirahət mərkəzinə aparıb. Burada uşaqlar üçün nahar və limitsiz əyləncə proqramı təşkil edildi. Həmçinin burada balacalar üçün “face art”da təşkil olunub.

Böyüklər də istirahətdən yararlana bilib. Belə ki, klub üzvləri arasında boulinq yarışması keçirildi və ilk üç yerin qalibləri müvafiq olaraq bir illik, yarım illik və üç aylıq pulsuz yağ dəyişmə haqqı qazandılar.

Nahar yeməyi boyunca və yeməkdən sonra dəvət olunmuş DJ, klounlar və sehrbaz uşaqları doyunca əyləndirib.

Tədbirə “Changan club”un dostu, Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanovda qatılıb. Əməkdar artistlə birgə doyunca rəqs edən uşaqlara klub üzvləri əvvəldən hazırladıqları hədiyyələrini təqdim ediblər.

Bundan sonra uşaqlar böyüklərin müşayiəti ilə onlar üçün hazırlanan teatra baxmağa yollanıb.

Teatrdan sonra körpələr SOS uşaq kəndinə yola salındılar. Frame.azimg-9875 img-9895 img-9961 img-9973 img-0018 img-0046 img-0092 img-0121 img-0136 img-0152 img-0178

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!