Bizim AşpazDünya MətbəxiEventsFestivallarLəzzətli BölümTəqdimat

“Azərbaycan aşpazlarının birinci konqresi” keçiriləcək

21 Avqust 16:00 Bulvar Hoteldə, Azərbaycanın qastronomik həyatında əlamətdar hadisə – “Azərbaycan aşpazlarının birinci konqresi” baş tutacaq.

Konqresdə aşağıda qeyd olunan təqdimatlar keçiriləcək:
Aşpazlara həsr olunan ilk sayt – CHEFS.AZ. Bu sayt vasitəsilə aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə etmək olacaq.

Uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk Addım” xeyriyyə layihəsi. Xeyriyyə məqsədi daşıyan sözügedən layihə HESAB.AZ/GoldenPay ilə birlikdə təşkil olunub.

TITAN şirkətinin məhsullarının təqdimatı.
SR Chemical şirkəti tərəfindən təşkil olunan peşəkar mətbəxlərin dezinfeksiyası üçün tələb olunan məhsulların təqdimatı.

Bundan əlavə, konqres zamanı “Azərbaycan Aşpazlarının Gildiyası”-nın yaradılması elan olunacaq, inkişaf planları və gələcək perspektivlər haqqında məlumat veriləcəkdir.

İştirak ərizələri – info@chefs.az elektron ünvanı vasitəsilə qəbul olunur.
Reklam və tərəfdaşlıqla bağlı suallar üçün – 077 332 3223 nömrəsi ilə əlaqə saxlamaq olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!