Cinayətkarlar “Coker”, “1917”, “İrlandiyalı” filmlərini zərərli proqramlarda istifadə edirlər

“Kaspersky” şirkəti bu il “Oskar” mükafatına namizədliyi irəli sürülmüş 9 filmin adının fişer və zərərli proqram müəllifləri tərəfindən neсə istifadə edildiyini təhlil edib.

Ümumilikdə, mütəxəssislər 2019-cu ilin premyeralarını pulsuz izləmək fürsətini qazandıran 20-dən çox fişinq sayt və bu filmlərin adları ilə əlaqəli daha 925 zərərli fayl aşkarlayıblar. Ən son yenilikləri pulsuz izləməyi təklif edən fişinq saytların köməyi ilə cinayətkarlar istifadəçilərin şəxsi və maliyyə məlumatlarını toplayıblar.

Nəticələrə görə, kiber cinayətkarlar arasında ən populyar filmlər “Coker” (304 zərərli fayl), “1917” (215 zərərli fayl) və “İrlandiyalı” (179 zərərli fayl) olub.

“Cinayətkarlar aktual tendensiyaları izləyirlər. Film sənayesi də istisna deyil. Onlar tələlərini premyeradan həm əvvəl, həm də sonra – film tamaşaçı marağının pik zirvəsində olduğu zaman quraşdırırlar. Mümkün risklərin qarşısını almaq üçün kinosevərləri yalnız rəsmi platformalardan istifadə etməyə çağırırıq”, – bunu “Kaspersky” şirkətinin antivirus mütəxəssisi Anton İvanov deyib.

“Kaspersky” şirkəti cihazlarına film əvəzinə zərərli proqram yükləməmək üçün istifadəçilərə bunları tövsiyə edir:

• filmlərin premyeralarının rəsmi tarixlərini izləyin və film prokata çıxmamış onu izləməyi təklif edən saytlara etibar etməyin

• filmi yükləməzdən əvvəl faylın genişlənməsini yoxlayın: bu .avi, .mkv və ya .mp4 ola bilər, lakin heç bir halda .exe olmalı deyil;

• Kiber təhdidlərdən hərtərəfli qorunmaq ücün “Kaspersky Security Cloud” kimi etibarlı həllərdən istifadə edin.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: