Çindən gəlmiş ustalar Bakıda milli mətbəx nümunələri təqdim ediblər

18.05.2018-ci il tarixində Azərbaycan Milli Kulinariya Assosiasiyası və Konfutsi İnstutunun təşkilatçılığı, “SAVALAN” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC- nin dəstəyi ilə çinli aşpazların usta sinifləri təşkil olundu.
Tədbirin keçirilməsində məqsəd Çin mətbəxinin öyrənilməsi və azərbaycanlı mütəxəssislərə onun nümayişidir.
Tədbir zamanı ” Savalan” yerli istehsal şərablarının Çin mətbəxinin də bəzi xörəklərinə uyğun gəldiyindən hətta Çin mütəxəssisləri tərəfindən ” Savalan” şərabının məşhur ” Pekin ördəyi” xörəyinə uyğun gəldiyi barədə verilmiş sertifikat şirkətin nümayəndəsi Teymur Məmmədov tərəfindən nümayiş olundu.
Tədbirdə Konfutsi İnstitutunun direktorları xanım Li Jihua, Rafiq Abbasov, “Great Wall Chinese Restaurant” və aşağıda adları çəkilən xarici mütəxəssislər iştirak etdi:
LI CHANG RONG
ZHANG MIN
FAN JIA HAO
CHEN QIAN QIU
Tədbirdə peşəkar mütəxəssislərlə yanaşı Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Turizm məktəbi, Bakı qida sənaye kolleci, 5 saylı peşə liseyi, 12 saylı peşə liseyinin tələbə və müəllim heyətidə iştirak etdilər.
Sonda qonaqlar diplom və hədiyyələrlə mükafatlandırıldı.
Tədbir 12 saylı Bakı Peşə Litseyində keçirildi. Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Şəhla xanım Zülfüqarovaya və 12 saylı Bakı Peşə Litseyinin direktor əvəzi Şahin müəllim Bəylərova təşəkkür edirik.
Daima yanımızda olduqları və keyfiyyətli məhsullarına görə ” Azərsun Holding” və ” Pizza Hat” – a minnətdarlığımızı bildiririk.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: